Teleqramın yaradıcısı Pavel Durov Fransada həbs olunduqdan sonra ilk dəfə ictimaiyyətə açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Durov bu barədə teleqram kanalında paylaşım edib.
Durov bildirib ki, onun Fransada həbsi gözlənilməz olub. Onun sözlərinə görə, messencerin Avropa İttifaqında rəsmi nümayəndəsi Aİ-dən gələn sorğuları qəbul edərək cavablandırır.
“Fransa rəsmilərinin mənimlə əlaqə saxlamağı üçün bir çox yol var idi. Mən Fransa vətəndaşı olaraq Dubaydakı Fransa konsulluğunun tez-tez qonağı olmuşam. Fransa hakimiyyətinə ölkədə terrorizmlə mübarizə üçün teleqram ilə qaynar xətt yaratmağa kömək etmişəm”, - o qeyd edib.
Pavel şirkətin xidmətindən narazı olan ölkənin sahibinə deyil, özünə qarşı məhkəməyə müraciət etməli olduğu vurğulayıb:
“Smartfondan əvvəlki dövrə aid qanunlardan istifadə edərək CEO-nu idarə etdiyi platformada üçüncü şəxslər tərəfindən törədilən cinayətlərdə ittiham etmək yanlışdır. Novatorlar messencerlərin mümkün sui-istifadəsinə görə şəxsən məsuliyyət daşıyacağını bilsəydi, heç vaxt yeniliklər hazırlamazdı”.