9 Sentyabr 12:10
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri və vətəndaşları Rusiya ilə müharibədə qalib gəlmək əzmindədir.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski deyib.

Onun fikrincə, buna müttəfiqlərin dəstəyi, xüsusən də Rusiyanın hərbi obyektlərinə qarşı silah tətbiqinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması kömək edərdi.

Sırskinin sözlərinə görə, planlaşdırılmış silah və texnika tədarükü Ukraynaya imkan verəcək ki, artıq formalaşmış və formalaşmaqda olan yeni briqadalar ən qısa vaxtda xidmətə buraxılsın Bu, Ukraynanın imkanlarının ümumi səviyyəsinə təsir göstərəcək.

“Uzunmüddətli proqnoz vermək çətindir, amma döyüş əməliyyatları və kampaniyalar planlaşdırırıq, Silahlı Qüvvələrin imkanları və ehtiyaclarımız barədə müvafiq hesablamalar aparırıq. Görürəm ki, biz ancaq mübarizədə qalib gələ bilərik. Hamımız qalib gəlmək əzmindəyik. Kursk əməliyyatı göstərdi ki, qələbə hərbçilər və xalqımızın ruhunu yüksəldən stimuldur. Bunu etməyin yeganə yolu budur və başqa yol yoxdur”, - general vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər