10 Sentyabr 11:26
1 839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Vladimir Zelenski sentyabrın 6-da ABŞ-ın Almaniyadakı “Ramşteyn” aviabazasında Ukraynanın müdafiəsi məsələləri ilə bağlı təmas qrupunun iclasında iki əsas istəyini səsləndirib. Zelenski Qərb ölkələrinin Ukraynaya daha çox hərbi texnika göndərməsini və ölkəsinə verilən raket qurğularından Rusiyanın içərilərinə doğru zərbələr endirilməsinə icazə verilməsini istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, başda ABŞ olmaqla, qərb ölkələri Ukraynaya göndərilən hərbi texnikanın həcmini artıracaqlarını vəd ediblər:

“Ancaq ikinci məsələylə bağlı ABŞ müdafiə naziri Lloyd Ostin Zelenskiyə müsbət cavab verməyib.

Zelenski Almaniyadan sonra İtaliyaya səfər edərək bu ölkənin Baş naziri Corciya Meloni ilə görüşüb. İtaliya baş naziri sentyabrın 7-də Beynəlxalq Çernobbio Forumunda çəçivəsində Zelenski ilə görüşündə Çin və ya Hindistanın Rusiya-Ukrayna münaqişəsinin həllində rol oynaya biləcəyini söyləyib. Həmçinin Meloni Ukraynayı tək buraxmayacaqlarının vədini verib.

İtaliya lideri forumdakı çıxışında “Beynəlxalq hüququn normaları ləğv edilərsə, böhran və xaos genişlənəcək” fikrini səsləndirib.

Çin və ya Hindistanın vasitəçi ola biləcəyi fikrini Rusiya Prezidenti Vladimir Putin də səsləndirib. Putin bu ölkələrin münaqişə ilə bağlı bütün məsələləri səmimi şəkildə həll etməyə çalışdığını bildirib. Kreml rəhbərinin bu bəyanatı Hindistan Baş naziri Narendra Modinin Rusiya və Ukraynaya səfərindən sonrakı dövrə təsadüf edib. Göründüyü kimi, Meloninin simasında bir qrup Qərb lideri müharibəyə son qoymaq üçün Çin və ya Hindistanın vasitəçi ola biləcəyi fikrinə şərikdir”.

Mərkəzin ekspertləri hesab edirlər ki, hazırkı şərtlər daxilində müharibənin dayandırılacağı və ya atəşkəs elan ediləcəyi ehtimalı azdır:

“Zelenski Ukrayna xalqının müharibə istəmədiyini, ancaq işğalla barışmayacağını bir daha Qərb liderlərinin diqqətinə çatdırıb. Putin də sülh danışıqlarına hazır olduğunu, ancaq “reallıqlar”ın nəzərə alınmasını istəyib. Putinin Krımın ilhaqı və Ukraynanın şərqinin işğalını nəzərdə tutan “reallığını” isə Kiyevə heç vaxt qəbul etməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər