13 Sentyabr 21:51
4 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Moskvaya “Fəth-360” qısamənzilli ballistik raketləri verməsi Rusiyanın cəbhə xəttinə yaxın Ukrayna infrastrukturuna yüksək dəqiqliklə zərbələr endirmək qabiliyyətini artıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında deyilir.

Kəşfiyyat bildirir ki, “Fath-360” ilk dəfə 2020-ci ildə ictimaiyyətə nümayiş etdirilib. 150 kiloqramlıq döyüş başlığını 120 km məsafəyə daşıya bilir. Raket müxtəlif mobil buraxılış qurğularında yerləşdirilə bilər, o cümlədən eyni anda 6 raket atmağa qadirdir.

Bura qədər İranın Rusiyanın Ukraynadakı hərbi kampaniyasına yardımına PUA və artilleriya sursatı tədarükü daxil idi.

“Ballistik raketlərin tədarükü İran və Rusiya arasında hərbi əlaqələrin daha da dərinləşməsindən xəbər verir. Raketlərin çatdırılması Rusiyanın cəbhə xəttinə yaxın Ukrayna hərbi və ya mülki infrastrukturuna yüksək dəqiqlikli zərbələr endirmək qabiliyyətini tamamlayacaq və gücləndirəcək. Həmçinin Rusiyaya Ukraynanın dərinliklərində yerləşən hədəflərə qarşı istifadə etmək üçün uzaqmənzilli raket ehtiyatlarının böyük hissəsini saxlamağa imkan verəcək”, - Britaniya kəşfiyyatı vurğulayır.

Sentyabrın 10-da ABŞ İranın Rusiyaya ballistik raketlər ötürməsi ilə bağlı məlumatı rəsmən təsdiqləyib.

ABŞ və Britaniya hökumətləri İranın qərarının mümkün nəticələri barədə xəbərdarlıq ediblər. Tehranın eskalasiyaya gətirib çıxara biləcək bu qərarı ilə bağlı mümkün cavab tədbirlərinin görüləcəyi deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər