Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın Amerika seçkilərində qalib gələcəyi təqdirdə Ukrayna münaqişəsinə tez bir zamanda son qoyulacağı ilə bağlı bəyanatları sadəcə kampaniya vədləridir və reallığı əks etdirməyə bilər.
Teleqraf.com xəbər verir ki, bunu CNN telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.
“Mən onu başa düşə bilmirəm, çünki nə demək istədiyinin bütün təfərrüatlarını bilmirəm... Mənim mövqeyim odur ki, seçki dövrü və seçki mesajları seçki vədləridir. Bəzən onlar tamamilə real olmur”, - deyə Ukrayna prezidenti bildirib.