17 Sentyabr 09:53
10 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu Kursk vilayətində yeni strategiya həyata keçirir, məqsəd bölgədəki Rusiya qoşunlarını mühasirəyə almaqdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes”in analitiki Devid Eks yazır.

Onun sözlərinə görə, Ukrayna ordusu ötən həftə sərhəddə yerləşən Novı Şlyaç kəndi yaxınlığında Rusiyanın müdafiəsini yardıqdan sonra məqsəd tam aydın şəkildə görünməyə başlayıb.

Ukrayna taktiki qrupu Kurskun Vesele şəhərinə gedən yolu nəzarətə götürüb. Eksin fikrincə, bu istiqamətdə minlərlə rus hərbçisinin mühasirəyə düşmək ehtimalı var.

Analitik qeyd edir ki, coğrafi durum Ukrayna Silahlı Qüvvələrinin Rusiya qoşunlarını mühasirəyə almaq cəhdlərinə kömək edir. Xüsusən də Seym çayı sahillərinin ələ keçirilməsi irəliləyən Ukrayna qoşunlarının işinə yarayır.

Həmçinin, Ukrayna ordusu Seym üzərindəki bütün daimi körpüləri dağıdıb, buna görə də ruslar müvəqqəti ponton körpülərdən istifadə edirlər. Ukraynalılar pontonları da vururlar.

Devid Eks Ukrayna qoşunlarının Koreneve şəhərinə doğru irəlilədiyini də vurğulayır:

“Kursk bölgəsində güc balansını xeyrinə dəyişmək ukraynalılar üçün potensial uğurlara yol aça bilər. Kiyev Kurska ikitərəfli müdaxilə üçün 10 minə yaxın hərbçi ayırıb. Moskva bölgəyə 38 min hərbi qulluqçu göndərmiş ola bilər, amma onların çoxu zəif təlim keçmiş gənc çağırışçılardır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər