17 Sentyabr 12:12
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ildən çoxdur davam edən müharibə zamanı ölən və ya yaralanan ukraynalı və rusların sayı təxminən 1 milyon nəfərə çatıb. Həmçinin mülki əhali arasında ölənlərin sayı naməlum olaraq qalır. Təkcə Mariupolun ruslar tərəfindən işğalı zamanı “Human Rights Watch”un məlumatına görə, 8 mindən çox insan həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

ABŞ nəşri bildirir ki, ilin əvvəlində Ukraynanın məxfi hesablamasında ölən ukraynalı hərbçilərin sayı 80 min, yaralılar isə 400 min təşkil edir.

Qərb kəşfiyyatı tərəfindən Rusiyanın itkiləri ilə bağlı təxminlər müxtəlifdir: bəzi mənbələrə görə, ölənlərin sayı 200 000, yaralıların sayı 400 000-dir.

Hökumət və demoqrafların hesablamalarına görə, son 10 ildə Rusiyanın işğalı nəticəsində Ukrayna ən azı 10 milyon insanını itirib və ya qaçqın düşüb.

Müharibə Rusiyanın da daxili demoqrafiyası və əmək bazarına dağıdıcı təsir göstərib. 2022-ci ilin fevralında savaş başlayandan bəri 600 mindən çox rusiyalı ölkəni tərk edib.

Rusiyanın hücumu Ukrayna əhalisinə fəlakətli təsir göstərib. Son siyahıyaalınmada 48 milyon nəfər sayılmışdı. Hesablamalara görə, 2022-ci ildən sonra bu rəqəm 40 milyona düşüb. BMT bildirir ki, 6 milyondan çox insan Ukraynanı tərk edib, üstəgəl, yeni ərazilər itirilib. Digər rəqəmlərə görə, hazırda Kiyevin nəzarətində olan ərazilərdə yaşayan ümumi əhalinin sayı 25-27 milyondur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər