18 Sentyabr 17:02
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Ağ Evi tərk etməmişdən əvvəl (ilin sonunadəkl) amerikalı həmkarı Co Baydendən ölkəsinə NATO-ya üzv olmaq üçün dəvət alacağına ümid edir.

Teleqraf.com xəbər verir ki, “Le Monde” bunun Zelenskinin Vaşinqtona təqdim edəcəyi qələbə planının bir hissəsi olduğunu yazır.

“Müharibənin bitməsini sürətləndirməyə ümid edən Ukrayna prezidenti amerikalı həmkarını qəti addımlar atmağa inandırmağa və Kiyevə güc mövqeyindən danışıqlara başlamaq imkanı verməyə çalışır”, - məqalədə deyilir.

Fransa nəşri bildirir ki, Zelenski hansısa məcburi qərarlara sövq edilməsini istəmir. Ukrayna lideri artıq sülh və ya qələbə planı hazırlayıb və bunu Vaşinqtonda Baydenlə, yanaşı prezidentliyə namizədlər Donald Tramp və Kamala Harrisə təqdim etməyi düşünür. Məlumatlı mənbənin sözlərinə görə, sülh planı sülhün bərpasına gətirib çıxarmalıdır. İkinci plan isə Ukraynanı sülh razılaşması əldə olunandan sonra daha da gücləndirmək məqsədi daşıyır.

“Putin real danışıqlara meyl göstərmədiyinə görə, sülhün bərqərar olması məqsədi spekulyativ olaraq qalır. Zelenskinin 2025-ci ilin yanvarında Ağ Evi tərk etməzdən əvvəl Baydendən istədiyi şey Ukraynanı müharibə bitdikdən sonra NATO-ya üzv olmağa dəvət etməkdir. Bu, qələbə planının əsas məqamlarından biridir”, - nəşr qeyd edir.

Problem ondadır ki, Soyuq Müharibə dövrünün adamı olan Bayden Ukraynanın NATO-ya üzvlüyünün Üçüncü Dünya Müharibəsinə səbəb olacağı fikrindədir. Buna görə də, onun planı eskalasiyanın qarşısını almaq üçün Ukraynaya yumşaq rejimdə kömək etməkdir.

“Hər şey Baydenin qərarından asılıdır”, - Zelenski bundan əvvəl “Le Monde”yə demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər