19 Sentyabr 23:24
288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniya prezidenti Klaus İohannis ölkədə Ukrayna Silahlı Qüvvələrinin dəniz piyadalarının təlimi üçün mərkəzin açılmasını təklif edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, siyasətçi parlamentdən bu təklifin təsdiqini istəyib.

Prezidentin təklifi Ukraynanın hərbi-dəniz imkanlarının gücləndirilməsinə yönəlmiş mexanizmi koordinasiya edən Ramşteyn Ukraynaya Dəstək Əlaqə Qrupunun bir hissəsi kimi irəli sürüb.

Qeyd edilir ki, Rumıniya mövcud imkanlar daxilində Ukrayna dəniz piyadalarının təliminə dəstək verəcək və Böyük Britaniya ilkin mərhələdə təlim mərkəzinin inkişafı üçün tam maliyyələşdirmə və planlaşdırmanı öz üzərinə götürəcək .


Müəllif: Arzu

Oxşar xəbərlər