21 Sentyabr 00:42
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanın Baş naziri Viktor Orban və İtaliyanın Baş nazirinin müavini Matteo Salvini hesab edir ki, Ukraynadakı münaqişə təcili dayandırılmalıdır.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, belə bir açıqlama ilə Salvininin də üzvü olduğu İtaliya Liqası partiyası çıxış edib.

“Salvini və Orban Ukraynadakı münaqişənin təcili dayandırılmasının vacibliyinə dair fikri bölüşüblər”, - açıqlamada deyilir.

Qeyd edək ki, Salvini hazırda Budapeştdə Aİ nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər