NATO-nun baş katibi Yens Stoltenberq Avropa İttifaqını alyansla rəqabətlə bağlı xəbərdarlıq edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o bildirib ki, Avropa İttifaqı NATO-ya alternativ müdafiə strukturları qurmamalıdır.
"Avropa İttifaqının ayrıca komanda strukturları və Avropanın çevik reaksiya qüvvələri yaratmaq istəyi hərbi blokdan resursları yayındıra bilər" - baş katib deyib.
O, belə rəqabət aparan birləşmələrin nə üçün lazım olduğunu başa düşmədiyini bildirib.
“Mən Aİ-nin əlavə müdafiə səylərini alqışlayıram, bir şərtlə ki, onlar NATO-nu təkrarlamayacaq və onunla rəqabət aparmayacaqlar” - Stoltenberq vurğulayıb.