"Həsən Nəsrullahın İsrailin zərbəsi nəticəsində öldürülməsini haqlı hesab edirəm.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden deyib.
"Həssan Nəsrullah və onun rəhbərlik etdiyi "Hizbullah" terror qruplaşması 40 ildir davam edən terrorda yüzlərlə amerikalının qətlinə görə məsuliyyət daşıyırdı" - Bayden deyib.
Bayden həmçinin İsrailin "Hizbullah", "HƏMAS", "Husilər" və İranın dəstəklədiyi hər hansı digər terror qruplaşmalarına qarşı özünü müdafiə etmək hüququnu tam dəstəklədiyini vurğulayıb.
Bununla belə, o əlavə edib ki, Vaşinqton son nəticədə Qəzza və Livandakı mövcud münaqişələri diplomatik vasitələrlə azaltmağa çalışır.