30 Sentyabr 11:28
1 745
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Məsud Pezeşkian dünən axşam keçirilən Nazirlər Şurasının iclasında çıxış edib.

Teleqraf.com xəbər verir ki, gündəm İsrail və Livan arasındakı son gəlişmələr olub.

Pezeşkian “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullahı məhv edən İsrali hədələyib: “Sionist rejimin (İsrail) cinayətləri qəbuledilməzdir və cavabsız qalmayacaq”.

İran prezidenti ABŞ və Avropanın HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra verdikləri vədə toxunub: “İranın Haniyənin öldürülməsinə cavab verməməsi müqabilində atəşkəs vəd edən ABŞ və Avropa dövlətlərinin rəhbərlərinin iddiaları tamamilə yalandır”.

Pezeşkianın açıqlamaları ölkədə mübahisələrə səbəb olarkən, gecə saatlarında İran Ali Milli Təhlükəsizlik Şurasının binası qarşısına toplaşan bir qrup hakimiyyətdən bu bəyanatlara izahat tələb edib.

İran iyulun 31-də Haniyənin öldürülməsindən sonra İsrailə qarşı cavab tədbirləri görməyə qərar vermişdi. Amma bu qərar hələ də yerinə yetirilməyib. Tehranın “uzunmüddətli gözləmə mövqeyi” yeni iddialara səbəb olmuşdu. İranın İsrailin Qəzzaya hücumlarını daimi olaraq dayandırması müqabilində hücum niyyətindən əl çəkəcəyi ilə bağlı məlumat ortaya atılmışdı. İran isə Qəzzada atəşkəslə “milli suverenliyi təhdid edən” İsrailin cəzalandırılmasının ayrı-ayrı mövzular olduğunu bəyan etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər