1 Oktyabr 12:51
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir “Hizbullah” terror təşkilatı darmadağın olanadək əməliyyatları davam etdirməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, nazir bunun İsrailin Livanla sərhəd bölgəsinin sakinlərinin təhlükəsiz şəkildə evlərinə qayıtmaları üçün önəmli olduğunu deyib.

“Son bir neçə gündə qəbul etdiyimiz qərarlar mühüm, düzgün və zəruridir. Dayanmaq vaxtı deyil, var gücümüzlə lazım olanı etməyə davam etməliyik”, - Qvir vurğulayıb.

Nazir İsrail Müdafiə Qüvvələrinin hazırda Livanın cənubunda gərgin döyüşdə olduğunu bildirib.

Qeyd edək ki, İsrail ordusu gecə saatlarında Livanın cənubunda quru əməliyyatlarına başlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər