İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) HAMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah və İnqilab Keşikçiləri Korpusunun komandiri Abbas Nilfuruşanın öldürülməsinə cavab olaraq İsrailə qarşı onlarla raket atdığını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
SEPAH xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək.