9 Oktyabr 17:52
3 864
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və bəzi ərəb ölkələri İsraillə mümkün hərbi toqquşmanı dayandırmaq üçün İranla pərdə arxasında danışıqlar aparır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Kanal 12” (İsrail) rəsmi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, İsrail hələlik bu təmaslarda iştirak etmir və atəşkəs mümkünlüyü ilə bağlı mövqeyini ABŞ-a çatdırmayıb.

Qəzza məsələsinin danışıqlarda hansı yeri tutduğu da məlum deyil.

“Hazırda öz gücümüzün ən yüksək nöqtəsindəyik, atəşkəs bizim şərtlərimizə uyğun olacaq, o cümlədən “Hizbullah” qüvvələri Litani çayının şimalına çəkilməlidir”, - İsrail rəsmisi kanala deyib.

Rəsmi vurğulayıb ki, bunlar baş verməsə, “Hizbullah”ın sərhəd bölgələrindəki bütün hərbi bazaları və hədəfləri məhv ediləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər