Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki kampaniyası etirazlara səbəb ola bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
“Tramp oktyabrın 27-də, seçkiyə təxminən bir həftə qalmış Nyu-Yorkdakı "Madison Square Garden"da mitinq keçirməyi planlaşdırır. Tədbir logistika və təhlükəsizlik kabusuna çevrilə
bilər. Belə ki bu, çoxlu sayda Tramp tərəfdarını cəlb edəcək" - deyə agentlik xəbər verir.
Bildirilir ki, mitinq etirazlara səbəb olacaq və hüquq-mühafizə orqanlarının əməkdaşları üçün əlavə yük yaradacaq .