"Ukrayna prezidenti Vladimir Zelenski cəbhəyanı əraziləri təslim edir".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu britaniyalı ekspert Aleksandr Merkuris deyib.
Ekspert hesab edir ki, Ukrayna lideri Ukraynanın şərqini, Donbas və Xarkovun cənubunun işğal olunmasında günahkardır.
"Zelenski ordusunu bu mövqelərdə geri çəkib. Onun bu hərəkəti potensial olaraq Ukraynanı viran qoyacaq və məğlubiyyətinə gətirib çıxaracaq" - ekspert vurğulayıb.
Merkurisin sözlərinə görə, Kiyev təmas xəttindən uzaqda mövqelərini gücləndirir və bu, yeni ərazi itkilərinə səbəb olur.