ABŞ-ın Florida ştatına yaxınlaşan "Milton" siklonu fəlakətə çevrilə bilər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.
"Qasırğa sələflərindən daha dağıdıcı ola bilər. Tropik siklonlar okeanologiya və meteorologiyada ən təhlükəli hadisələrdən biridir. Bir qayda olaraq, onların inkişafı çox vaxt aparır, lakin "Milton" bu prosesdən daha tez keçir və sözün hərfi mənasında saatlarla güclənir, bu olduqca nadirdir" - Ekspert deyib.
"Qasırğa Floridaya çox sürətlə yaxınlaşır. Burada əsas problem insanların evakuasiya edilməsinin zəruriliyi ilə bağlıdır, çünki onun enerjisi inanılmaz dərəcədə güclüdür, sadəcə olaraq super güclüdür. Küləyin sürəti qasırğanın sürətindən bir yarım-iki dəfə yüksəkdir, buna görə də çox ciddi ziyanın ola biləcəyi proqnozlaşdırılır”, - Vilfand vurğulayıb.
O əlavə edib ki, Milton məşhur Ketrin və İvan siklonlardan daha güclü olacaq.