11 Oktyabr 23:17
2 418
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə namizəd Donald Trampın qərargahı hökumətə Respublikaçılar Partiyası liderinin təhlükəsizliyinin təmin edilməsi üçün hərbi təyyarə ayrılması ilə bağlı müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.

Məlumata görə, qərargah bunu Trampın həyatına sui-qəsd planlaşdırdığı iddia edilən İrandan gələn hədə ilə əsaslandırıb. Keçmiş prezidentin komandasının tələbləri arasında seçki kampaniyasının son həftələrində Tramp üçün hərbi təyyarələr, həmçinin onun iqamətgahları və mitinqləri üzərində məhdudlaşdırılmış uçuş zonasının genişləndirilməsi də var.

Nəşrin mənbələrinə görə, bu sorğular Trampın müşavirlərinin İrandan təhdidlər barədə məlumat almasından sonra gəlib. Qəzetin yazdığına görə, respublikaçının özü və komandası eks-prezidentin təhlükəsizliyini gücləndirmək üçün dəfələrlə cəhdlər edib. Ancaq Trampın artıq ABŞ Məxfi Xidmətinə inanmadığı da bildirilib.


Müəllif: Arzu

Oxşar xəbərlər