12 Oktyabr 08:48
2 440
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu İordan çayının qərb sahilində kəndlərə hücum edir.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli WAFA agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, İsrail ordusunun bölmələri Ramallahın şimal-qərbində yerləşən Beyt-Rimaya hücum edib.

Qeyd olunur ki, İsrail hərbçiləri bir neçə küçəni təmizləyərək kəndin mərkəzində mövqe tutublar. Bir neçə saat əvvəl İsrail ordusunun əsgərləri işğal altındakı Nablus şəhərinin cənubunda yerləşən Qusra kəndinə daxil olub. Onlar 16 əcnəbi könüllünün yaşadığı binanı mühasirəyə alıblar.

Bundan əlavə, İsrail ordusu qüvvələri Nablusun cənub-qərbində yerləşən Tell kəndinə hücum edib. Orada İsrail hərbçiləri həqiqi sursat və gözyaşardıcı qazdan istifadə edib və bu, yerli sakinlərlə toqquşmaya səbəb olub.


Müəllif: Arzu

Oxşar xəbərlər