12 Oktyabr 12:10
2 183
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Kursk vilayətində əks-hücum əməliyyatlarını gücləndirib, məqsəd payız-qış aylarında hava şəraiti pisləşməmiş Ukrayna qoşunlarını buradan sıxışdırıb çıxarmaqdır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Rusiya qüvvələri eyni vaxtda Qluşkov və Korenov rayonlarında, eləcə də Suca şəhərinin ətrafında əks-hücuma keçiblər.

Rusiya mənbələri Korenivdə iki Ukrayna batalyonunu mühasirəyə alındığını iddia edirlər. Ruslar həmçinin Ukrayna qüvvələrini Qluşkovun əksər hissəsindən sıxışdırıb çıxardıqlarını bldirirlər.

ISW Rusiyanın məlumatlarını şübhəli hesab edir.

ABŞ institutuna görə, hava şərtlərinin nəzərə alınması ilə yanaşı, Rusiya Donetsk vilayətində prioritet istiqamətlərdə hücumlarını gücləndirmək Ukrayna qüvvələrini Kurskdan sürətlə çıxarmağa çalışır.

“Rusiya hərbi komandanlığı ümid edir ki, ən qısa müddətdə ukraynalıları Kurskdan çıxarmaqla buradakı qüvvələrini Donetskə yönəldərək, Pokrovsku ələ keçirmək və sair kimi hərbi məqsədlərinə nail olacaq”, - təhlildə qeyd edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər