Polşa Avropa İttifaqının miqrasiya paktı və digər təşəbbüsləri ölkənin təhlükəsizliyini təhlükəyə atacağı təqdirdə onları dəstəkləməyəcək.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
“Biz Avropa İttifaqının miqrasiya siyasəti sahəsində heç bir ideyasını təhlükəsizliyimizə zərər vurduğuna əmin olsaq, həyata keçirməyəcəyik” - Tusk deyib.