Kral III Çarlz Avstraliya Britaniya tacını tərk edib müstəqil respublika elan edilərsə, ona müdaxilə etməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Çarlz III gələn həftə Avstraliyaya səfər edəcək.
Bundan əvvəl Avstraliya Respublikaçılar Hərəkatı görüş xahişi ilə krala müraciət edib. Məktubda deyilir ki, Avstraliyanın beynəlxalq miqyasda digər xalqlarla bərabər mövqedə dayanmasının vaxtıdır və bu addıma artan dəstək var.