13 Oktyabr 23:27
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu 3 gündür ki, İsrailin siyasi rəhbərliyinin göstərişi ilə Beyrutdakı "Hizbullah" hədəflərinə zərbələr endirmir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Kan" radiostansiyası bildirib.

Məlumata əsasən, sonuncu dəfə İsrail Hərbi Hava Qüvvələri oktyabrın 10-da Beyrutdakı hədəfi zərbələr endirib.

"Ynet" portalı qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələri tərəfindən Beyrutdakı hədəflərə hava hücumları ABŞ prezidenti Co Bayden oktyabrın 9-da İsrailin Baş naziri Benyamin Netanyahudan Livanın mülki əhalisinə, o cümlədən Livanın mülki əhalisinə dəyən ziyanı minimuma endirməyi xahiş etdikdən sonra həyata keçirilmir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər