13 Oktyabr 21:27
2 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə yeni paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Suada həyat yoldaşının nənəsi Eliana Van Varenberqin vəfat etməsi haqda bunları yazıb:

“Nəvənizdə sevgi tapdığım, siz Eliana nənə və Eugene baba kimi gözəl insanlarla görüşə bildiyim üçün xoşbəxtəm. Fərqli şəhərlərdə uzun gəzintilərimizi, alış-veriş günlərimizi, qəhvəxana söhbətlərimizi, gün ərzində birlikdə çoxlu işlərlə məşğul olmağımızı həmişə xatırlayıram.

Biz gənclər oturmaq üçün yer axtaranda gülürdün, heç yorulmurdun. Həmişə gülürdün, gənclik ruhun var idi, hamı səni sevirdi, səninlə gözəl anlar yaşadım.

Sevinirəm ki, sizi az da olsa, bu 5 ildə tanımışam. Sizi hələ görüşməmişdən əvvəl uzaqdan sevdim, sadəcə Krislə görüntülü danışanda siz həmişə orada idiniz, həmişə müsbət danışırdınız. Gözlərindəki qığılcımı heç vaxt unutmayacağam: Krislə, ərinizlə, yaxın dostlarınızla, dadlı yemək yeyərkən, gün batımını və okeanı görəndə, yaxşı verilişə baxıb divanda yuxuya getdiyiniz zamanı… Həmişə qəlbimizdə qalacaqsan. Biz səni həmişə sevəcəyik, nənə.

İndi dincələ bilərsən və unutmayın, nəvənizə yaxşı baxacağam”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər