01:53
217
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kaliforniyada (ABŞ) Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın mitinq yerinin yaxınlığında silahlı şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "KTLA" telekanalı məlumat yayıb.

Saxlanılan şəxs 49 yaşlı Las-Veqas sakini Vem Miller olub. O, yanında dolu ov tüfəngi gətirib. Miller oktyabrın 12-də saxlanılıb, insident Trampın təhlükəsizliyini təmin etmək üçün tədbirlərin təşkilinə təsir etməyib. O, 5 min dollar (8,5 min manat) girov qarşılığında sərbəst buraxılıb.

Millerin saxta keçiddən istifadə edərək tədbirə daxil olmağa çalışdığı qeyd edilir. Riversayd dairəsinin şerifinin dediyinə görə, polis çox güman ki, növbəti sui-qəsdin qarşısını ala bilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər