Türkiyənin ən yaşlı insanı vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Kırıkkale şəhərinin Delice rayonunda yaşayan, 6 uşaq anası Arzu Sınıroğlu 117 yaşında vəfat edib. O, 2020-ci ildə koronavirus infeksiyasına yoluxsa da virusa qalib gəlməyi bacarmışdı. Son illər səhhəti ilə bağlı bəzi problemlər yaşayan Arzunun evdə halı pisləşib və xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, o müalicə aldığı xəstəxanada vəfat edib. O, doğulduğu Kırıkalenin Elmalı kəndində dəfn olunub.