Litva Respublikasının vətəndaşları bazar günü Seymin (birpalatalı parlament) deputatlarını seçəcəklər.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 08:00) başlayacaq, ölkədə 2 minə yaxın seçki məntəqəsi açılacaq.
Məntəqələr saat 20:00-a qədər işləyəcəklər.
Birinci turun başlamasından əvvəl oktyabrın 27-ə ikinci tur təyin edilib. İkinci tur indiyə qədər qaçılmaz idi və heç bir namizədin 50 %-dən çox səs toplamadığı yerlərdə keçirilib. İkinci turda toplanan səslərin sayına görə iki lider iştirak edir. Beləliklə, Seymin deputatlarının yarısı seçilir.