13 Oktyabr 20:17
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hacıqabulda 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr su içindədir. İki-üç günə suların təmizlənməsi problemi həll olunacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov məlumat verib.

Onun sözlərinə görə, dünən səhər saatlarında başlanan leysan yağışlar nəticəsində 500-dən artıq fərdi yaşayış evi və həyətyanı sahələr subasmaya məruz qalıb. Hazırda rayona cəlb edilmiş FHN-nin əməkdaşları tərəfindən həyətlərdə yığılıb qalmış sel-suların çəkilməsi prosesi həyata keçirilir. Bunun üçün həyətlərə su nasosları quraşdırılıb.

Təbii fəlakət nəticəsində enerji verilişində fasilələr yaranmışdı. Artıq enerjinin verilişi bərpa olunub, bununla bağlı problem qalmayıb.

“Hesab edirəm ki, iki-üç gün müddətində həyətlərdəki sular çəkilərək insanlar yenidən normal həyata qayıdacaqlar”, –icra başçısı bildirib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər