13 Oktyabr 22:35
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşü keçirib.

Teleqraf.com xəbər verir ki, U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş 1:1 hesabı ilə yekunlaşıb. Millimizin heyətində qolu 48-c dəqiqədə Nihad Orucəli vurub.

Qeyd edək ki, bu komandalar oktyabrın 10-da keçirilən ilk oyunda meydan sahibləri 6:1 hesabı ilə qalib gəliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər