13 Oktyabr 22:57
1 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almanların 62 faizi Donald Tramp prezident seçilməsini istəmir. Onlar hesab edirlər ki, Tramp seçiləcəyi təqdirdə ABŞ ilə əlaqələr pisləşəcək.

Teleqraf.com xəbər verir ki, Alman Mətbuat Agentliyinin (DPA) təşəbbüsü ilə aparılan rəy sorğusunda iştirak edən respondentlərin cəmi 10 faizi "Respublikaçılar"ın namizədi Tramp qalib gələrsə Almaniya-ABŞ münasibətlərinin inkişaf edəcəyinə inanır. Rəyi soruşulanların 19 faizi münasibətlərin indiki səviyyədə qalacağını düşünür.

Bunda başqa, respondentlərin 9 faizi "Demokrat" partiyasının namizədi Kamala Harrisin prezident seçkilərində qalib gələcəyi təqdirdə münasibətlərin pisləşəcəyini hesab edir. Rəyi soruşulanların 35 faizi ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini, 44 faizi isə eyni səviyyədə qalacağını düşünür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər