Moldova hakimiyyəti müxalifət blokunun qalib gələcəyi təqdirdə seçkinin nəticələrini ləğv edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu xarici mətbuata müsahibəsi zamanı politoloq Boris Şapovalov deyib.
“Müəyyən siyasi partiyaların və namizədlərin şübhəli adlandırılan maliyyələşdirilməsi ilə bağlı bütün məsələlər, müxalifətə qarşı cinayət işləri Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi tərəfindən müxalifətin namizədi qalib gələrsə,seçkinin nəticələrini ləğv etmək üçün əsas olacaq” - politoloq deyib.
Onun fikrincə, Sandu üçün əlverişsiz halda hakimiyyət seçkilərin nəticələrinin saxtalaşdırıldığını iddia edə biləcək, ona görə də təkrar seçkilərə ehtiyac var.