Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində peşəkar boksda yarımağır çəkidə mütləq dünya çempionu titulu uğrunda görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, 12 raund davam edən doyüşdə Rusiya əsilli kanadalı Artur Beterbiyevlə rusiyalı Dmitri Bivol üz-üzə gəlib.
Beterbiyev hakimlərin qərarı (114:114, 115:113, 116:112) ilə peşəkar boksda yarımağır çəkidə mütləq dünya çempionu titulunu qazanıb.