09:36
352
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində "Hyundai" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər