İspaniyanın Qranada Universitetinin mütəxəssisləri məşhur səyyah Xristofor Kolumbun Sevilyada saxlanılan qalıqlarını araşdırıblar.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə RTVE kanalının yaydığı “Kolumb, DNT. Onun əsl mənşəyi” adlı sənədli filmdə bəhs olunub.
Araşdırma 22 il ərzində məhkəmə eksperti və Qranada Universitetinin professoru Xose Antonio Lorentenin rəhbərliyi altında aparılıb.
“Yüzlərlə sümük və sənədləri araşdırdıqdan sonra Xristofor Kolumbun yəhudi olduğunu təsdiqləmək olar”, - filmdə qeyd olunub.
Lorente dənizçinin Qərbi Aralıq dənizi regionunda anadan olduğunu bildirib.