19:17
302
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona”nın futbolçusu Lamin Yamal İspaniya millisinin düşərgəsini tərk edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ESPN İspaniya millisinin mətbuat xidmətinə istinadən xəbər verir. İspaniya – Danimarka oyunundan sonra (1:0) 17 yaşlı vingerin ayağında narahatlığı olduğu üçün axsayıb. O, zədə riskini azaltmaq üçün Kataloniya klubunun düşərgəsinə qayıdıb. Müayinədən keçən Yamalda heç bir ciddi problemi aşkarlanmayıb.

Qeyd edək ki, Lamin Yamal İspaniya millisinin heyətində 17 oyuna çıxaraq 3 qol vurub və 9 qolun ötürməsini edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər