14 Oktyabr 15:47
2 737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi qüvvələri Ukraynanın Zaporojye vilayətinin Levadne kəndini ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Levadne kəndinin “Mərkəz” qoşun qruplaşmasının bölmələri tərəfindən ələ keçirildiyi, bu istiqamətdə taktiki vəziyyətin Rusiyanın xeyrinə yaxşılaşdığı bildirilir.

Həmçinin qeyd edilib ki, Ukraynanın üç briqadasının canlı qüvvəsi və texnikası darmadağın olunub. Ukraynanın ümumi itkiləri 120-yə qədər hərbçi, bir zirehli transportyor, 4 maşın, 155 mm-lik "Boqdan" özüyeriyən artilleriya qurğusu, həmçinin Fransa istehsalı olan "Sezar" sistemidir.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər