14 Oktyabr 16:28
5 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirləri Rusiyaya ballistik raketlərin verilməsinə görə İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi AB rəsmilərinə istinadla məlumat yayıb.

Lüksemburqda müvafiq qərar qəbul edildikdən sonra AB diplomatları bildiriblər ki, razılaşdırılmış sanksiyalar bu silahların istehsalı və tədarükü ilə məşğul olan şirkətlərə, qurumlara və şəxslərə qarşı yönəlib.

Razılaşdırılmış qərarın digər təfərrüatları hələlik məlum deyil. Kimlərin sanksiyalara məruz qaldığı tezliklə AB-nin rəsmi saytında dərc olunacaq.

Avropa Birliyi bundan öncə bir neçə dəfə İrana Rusiyaya ballistik raketlər verməməsi ilə bağlı xəbərdarlıq etmişdi.

İran xarici işlər naziri Abbas Əraqçi AB sanksiyalarını pisləyib. O iddia edir ki, İran Rusiyaya ballistik raketlər verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər