17 Oktyabr 01:13
310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniya hökuməti F-16 qırıcılarını idarə etmək məqsədilə ukraynalı pilotların təlimi üçün hüquqi prosedurları və şərtləri müəyyən edən təcili qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi Mixay Konstantin məlumat verib.

"Rumıniya hökuməti F-16 təyyarələrini idarə edəcək ukraynalı personalın təlimi üçün qanuni prosedurları və şərtləri təsdiqləyib", - deyə o bildirib.

Məlumatda həmçinin təlimin Feteşti şəhərindəki 86-cı aviabazada keçiriləcəyi də qeyd olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər