İsrail hərbçiləri HƏMAS-ın siyasi bürosunun rəhbəri Yəhya Sinvarı zərərsizləşdiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri İsrael Kats deyib.
"Oktyabrın 7-də baş verən qətl və vəhşiliklərə görə məsuliyyət daşıyan Sinvar bu gün İsrail hərbçiləri tərəfindən öldürüldü", - deyə o bildirib.
İsrail XİN rəhbərinin sözlərinə görə, “Sinvarın öldürülməsi (Qəzzada) girovların dərhal azad edilməsi üçün imkanlar yaradır".