Ukrayna ordusu cəbhənin bəzi istiqamətlərindən geri çəkilir.
Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi analitik Sergey Zqurets deyib.
Ekspert cəbhənin çat verdiyini, amma dağılmadığını bildirib:
“800 kilometrlik cəbhə xəttində 9-11 qaynar nöqtə var. Ən çətin istiqamətlərdən geri çəkilmə var, amma cəbhə dağılmır. Əsas məsələ budur ki, bu nazik, uzanan xətti düşmənin sıçrayışının qarşısını almaq üçün qoruyub saxlamaq lazımdır. Əks halda onu saxlamaq çətin olacaq”.
Zquretsin sözlərinə görə, Rusiya ordusu Ukraynanı sıxışdırmaq üçün cəbhənin bütün istiqamətlərinə əlavə qüvvə göndərir.