30 Oktyabr 18:12
264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Kubokunda növbəti 1/8 finalçının adı bəlli olub.

Teleqraf.com xəbər verir ki, II təsnifat mərhələsində "Şəfa" ilə qarşılaşan "Difai" 3:2 hesabı ilə qələbə qazanıb.

Bu qalibiyyət sayəsində Ağsu təmsilçisi 1/8 finalda "Neftçi"nin rəqibi olub.

Qeyd edək ki, günün əvvəlki matçlarında "Qaradağ Lökbatan" "Karvan"ı (3:0), "Mingəçevir" "Zaqatala"nı (1:0), "Şamaxı" isə "Şəmkir"i (6:1) məğlub edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər