Lotereyada uduş qazanan qadın ailəsinin qınağı ilə üzləşib.
Teleqraf.com xəbər verir ki, bu barədə lotereya qalib "Reddit" forumunda məlumat verib.
Onun sözlərinə görə, uduş yüz milyonlarla dollarlıq olmasa da, həyatını dəyişməyə kifayət edib. O, bu xoşbəxt xəbəri anasına danışanda anası ona pulu bacı və qardaşı arasında bölməli olduğunu deyib. Qadın anasının bu təklifindən imtina edib və uduşu autizm spektrinin pozulması diaqnozu qoyulan oğluna xərcləyəcəyini bildirib: “O vaxtdan bacı-qardaşlarım məni eqoist adlandırır, “pulun məni qudurtuduğunu” deyirdilər, hətta anam da acgöz olduğumu deyir”.
Qadın etiraf edib ki, pul mükafatını yığılmış borclarını ödəmək və oğlunun müalicəsi üçün istifadə etməyi planlaşdırır. Bundan əlavə, o, uşağın arzusunu həyata keçirməyə və onu Disneylendə aparmağa hazırlaşır.