30 Oktyabr 16:32
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana 5 ədəd tam elektrikli təcili yardım avtomobili gətirilib.

Teleqraf.com xəbər verir ki, sözügedən maşınlar bu gün Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair keçirilən mediaturda nümayiş olunub.

Bildirilib ki, 2024-cü il istehsallı ambulanslar sürətli şarj olunma qabiliyyəti, həyəcan işıqlanma siqnalları sistemi, tibbi təyinatlı cihaz, avadanlıqlarla təchizat üçün funksionallıq, eləcə də arakəsmə və dolablarla təchiz edilmə kimi xüsusiyyətlərə malikdir.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər