19:00
254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan prokurorluğu prezident Salome Zurabişvilini parlament seçkilərində pozuntularla bağlı verdiyi açıqlamalarla əlaqədar dindirilməyə dəvət edib.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, prokurorluq seçki saxtakarlığı ilə bağlı araşdırmaya başlayıb.

İstintaqın başlanmasına əsas hakim “Gürcü arzusu”nu seçkilərin qalibi kimi tanıyan Mərkəzi Seçki Komissiyasının müraciəti olub. Zurabişvilinin dindirilməsi oktyabrın 31-nə təyin edilib. Prokurorluq prezidentin, partiyaların və müşahidəçilərin səsləndirdiyi bütün faktları araşdıracağını və saxtakarlıqlar barədə məlumatı olan hər kəsi dindirəcəyini vəd edib.

Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib.


Müəllif: Arzu

Oxşar xəbərlər