5 Noyabr 09:49
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın hesablamalarına görə, Şimali Koreyadan Rusiyanın Kursk vilayətinə 10 min hərbçi göndərilib.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

“Dövlət katibi də bildirib ki, Kursk vilayətinə 8 minə yaxın Şimali Koreya hərbçisi göndərilib. İndi təxmin edirik ki, 10 000 nəfər ora gedib, yaxın günlərdə döyüşə qoşula bilərlər”, - sözçü vurğulayıb.

Millerin sözlərinə görə, hələlik ABŞ adından bu məlumatı təsdiq edə bilməz, amma bu doğrudursa, o zaman Şimali Koreya ordusu qanuni hədəfdir.

Öz növbəsində Ukrayna Prezidenti Vladimir Zelenski Kurskda artıq 11 min koreyalı hərbçinin olduğunu açıqlayıb: “Kursk vilayətində artıq 11 min nəfər var. Şimali koreyalıların sayının artdığını görürük”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər