İsrail Baş naziri Benyamin Netanyahu Yəməndə İranın dəstəklədiyi “Ənsarallah” qruplaşmasına (husilər) qarşı əməliyyata başlayacaqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, İsrail lideri İranın proksi qüvvələrinə qarşı atılacaq addımların şiddətli olacağını deyib.
“İranın bölgədəki digər proksilərinə qarşı hərəkətə keçdiyimiz kimi, husilərə qarşı da tədbir görəcəyik. ABŞ və bizim kimi digər ölkələr də husiləri təkcə beynəlxalq daşımalara yox, həm də dünya nizamına təhlükə kimi görürlər”, - Netanyahu vurğulayıb.