11:41
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Ukraynanın ən böyük kömür mədəninə yaxınlaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Lenta.ru" məlumat yayıb.

Bildirilib ki, rus hərbçilər hazırda Donetskdə yerləşən "Pokrovsk" kömür bazasından sadəcə 3 km uzaqlıqdadır.

Vəziyyətlə əlaqədar Ukrayna tərəfi yaxınlıqdakı kəndlərdən əhalinin təxliyəsinə başlayıb.

Qeyd edək ki, "Pokrovsk" Ukraynada metallurgiya üçün lazım olan kokslaşan kömür istehsal edən yeganə mədəndir.

Beləliklə, rus ordusu sözügedən mədəni ələ keçirsə, kokslaşan kömür istehsalına nəzarəti təmin etmiş olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər