01:56
268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Slovakiyanın Baş naziri Robert Fitsonu Rusiya Prezidenti Vladimir Putinlə görüşməsinə görə tənqid edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna lideri paylaşım edib.

“Biz həyat uğrunda mübarizə aparırıq, Fitso isə pul uğrunda mübarizə aparır, özü də çətin ki, Slovakiya üçün pul uğrunda. Putinlə gizli sövdələşmələr ya dövlət maraqlarının satılması, ya da öz cibinə işləməkdir”, – Ukraynanın dövlət başçısı vurğulayıb.

Zelenskinin sözlərinə görə, Kiyev ona Rusiya qazının tranziti ilə bağlı alternativlər təklif etsə də, Slovakiya hökumətinin başçısı üçün “Moskva daha sərfəlidir”: “Biz ona həm slovakların – məhz slovakların – Rusiya tranzitindən yaranan itkilərin mümkün təzminatı ilə bağlı, həm də Avropa Komissiyasının sorğusu əsasında tranzit alternativləri – Rusiyadan başqa istənilən qazın tranziti ilə bağlı təklif verdik. Bunu etməyə hazır idik. Fitso slovaklar üçün təzminat istəmədi. Avropa Komissiyası ilə isə əməkdaşlıq etmək istəmir. Onun üçün nədənsə Moskvada daha sərfəlidir”.

“Avropada hamı bunun səbəbini başa düşür. Başa düşməyən yoxdur”, – ölkə başçısı vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər